“CƏSUR SAÇLAR” adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilmə şərtləri

1. Lotereya təşkilatçısı haqqında məlumat
Adı:
«121» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "Təşkilatçı")
VÖEN:
1301710961
Hüquqi ünvan:
AZ1065, Baki şəhəri, Yasamal rayonu, Cəfər Cabbarli, ev 44
Faktiki ünvan:
AZ 1000, Bakı şəhəri, Səməd Vurğun 17
Əlaqə tel.:
012 4971088; 0553333121
Bank rekvizitləri:
Bank Respublika ASC
Bakı / Azərbaycan
SWIFT: BRESAZ22
Müxbir hesab: AZ80NABZ01350100000000014944
Kod: 508182
1.1 Lotereyanın Sifarişçisi haqqında məlumat
Adı:
«Prokter & Gembl Azərbaycan Servisləri» Məhdud Məsuliyyətli Cəmiyyət
VÖEN:
1700533021
Ünvan:
AZ1010, Baki şəhəri, Səbail rayonu, Nizami, ev 90A, Landmark III, 4-cü mərt.
Əlaqə tel.:
012 598 07 11
2. Lotereyanın adı və keçirilmə forması, keçirildiyi ərazi, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri

“Cəsur saçlar” adlı Stimullaşdırıcı 2 tirajlı lotereya (bundan sonra - "Lotereya")

  • Adi rejimdə keçirilən stimullaşdırıcı tirajlı lotereya.
  • Lotereya ümumazərbaycan, qeyri-dövlət lotereyasıdır.
  • Uduş fondu Lotereyanın Təşkilatçısı hesabına formalaşır.

Keçirildiyi ərazi: Lotereya şərtlərin 4-cü bəndində təyin olunan mallar satılan Azərbaycan Respublikasının bütün ərazisində keçirilir.

Keçirilmə əsasları: Bu Lotereya Azərbaycan Respublikasinin 05.03.2014-cü il tarixli “Lotereyalar haqqinda Qanunu”-na və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 02 saylı, 17.02.2012-ci il tarixli Qərarı ilə təstiqlənən “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”-na əsasən keçirilir.

3. Lotereyanı keçirmək hüququnu əldə etdikdə, lotereya başlamazdan əvvəl onun şərtlərinin elan olunacağı kütləvi informasiya vasitəsinin adı

Lotereyanı keçirmək hüququnu əldə etdikdə Lotereya başlamazdan əvvəl onun şərtləri www.cesursaclar.az, “Sağlam Saçlar” (https://www.facebook.com/saglamsaclar) və “Mükəmməl Başlanğıc” facebook səhifəsi (https://www.facebook.com/mukemmelbaslangic) vasitəsi ilə elan olunacaq.

4. Lotereyanın keçirilməsi müddəti, lotereyada iştirak hüququnun və biletlərin əldə edilməsi yerləri və qaydası

Keçirilmə müddəti: Lotereyanın keçirilməsi müddəti 01.05.2019-ci ildən 31.07.2019-cı ilə qədərdir.

İştirak hüququn və biletlərin (digər daşıyıcıların) əldə edilməsi yerləri və qaydası: Azərbaycan Respublikasının ərazisində yerləşən istənilən ticarət obyektində “Head & Shoulders” ticarət nişanı altında satılan hər biri 2 məhsuldan ibarət olan 2 çeşid (kişilər üçün: Ultra Men və Classic şampunları; qadınlar üçün: Supreme şampun və balzamı) xüsusi bağlamadan (bundan sonra “Mal”) birini almaqla bu Lotereyada iştirak hüququ qazanılır.

5. Lotereyanın (hər tirajın) uduş fondu haqqında məlumat (hər bir uduşun adı və miqdarı)

Lotereyanın uduş fonduna aşağıdakılar daxildir:

1-ci Tiraj*

1. Uels-Azərbaycan Futbol oyunu uduş paketi - 5 ədəd (3 kişi,2 qadın)

Uduş paketinə daxildir:

- 06.09.2019 tarixində Uelsdə keçiriləcək Uels-Azərbaycan futbol oyununda iştirak (oyunda iştirak üçün bilet , səfər, qonaqlama və viza xərcləri ilə bağlı bütün xərclər Təşkilatçı tərəfindən qarşılanır);

- Azərbaycan Milli Futbol komandasının forması.

2. Azərbaycan-Macarıstan Futbol oyunu uduş paketi - 25 ədəd (15 kişi, 10 qadın)

Uduş paketinə daxildir:

1. 08.06.2019 tarixində Bakıda baş tutacaq Azərbaycan-Macarıstan futbol oyununda VİP iştirak bileti;

2. Azərbaycan Milli Futbol komandasının forması.

2-ci Tiraj*

1. Uels-Azərbaycan Futbol oyunu uduş paketi -5 ədəd (3 kişi,2 qadın)

Uduş paketinə daxildir:

- 06.09.2019 tarixində Uelsdə keçiriləcək Uels-Azərbaycan futbol oyununda iştirak (oyunda iştirak üçün bilet , səfər, qonaqlama və viza xərcləri ilə bağlı bütün xərclər Təşkilatçı tərəfindən qarşılanır);

- Azərbaycan Milli Futbol komandasının forması.

2. Azərbaycan-Xorvatiya Futbol oyunu uduş paketi - 25 ədəd (15 kişi, 10 qadın)

Uduş paketinə daxildir:

- 09.09.2019 tarixində Bakıda baş tutacaq Azərbaycan-Xorvatiya futbol oyununda iştirak bileti;

- Azərbaycan Milli Futbol komandasının forması

  • *1-ci tirajda 30 qalib olacaq, hər bir qalib bu bənddəki cədvəldə göstərilən “Uels-Azərbaycan Futbol oyunu” və ya “Azərbaycan-Macarıstan Futbol oyunu” uduş paketini qazanacaq.
  • **2-ci tirajda 30 qalib olacaq, hər bir qalib bu bənddəki cədvəldə göstərilən “Uels-Azərbaycan Futbol oyunu” və ya “Azərbaycan-Xorvatiya Futbol oyunu” uduş paketini qazanacaq.
6. Lotereyanın (hər tirajın) uduş fondunun oynanılması qaydaları

6.1. Lotereyaya göndərilən və realizəsi sitimullaşdırılan mallar “Head &Shoulders” ticarət nişanı altında satılan növbəti məhsuldan ibarətdir: hər biri 2 məhsuldan ibarət olan 2 çeşid (kişilər üçün: Ultra Men və Classic şampunları; qadınlar üçün: Supreme şampun və balzamı) xüsusi bağlamadan biri (bundan sonra “Mal”).

6.2. Lotereyada iştirak etmək istəyən şəxs (bundan sonra “İştirakçı”) 6.1-ci bənddə qeyd olunan malı istənilən ticarət məntəqəsindən alır və mütləq qaydada nəzarət-kassa aparatının çekini (“çek”) tələb edir.

6.3. Sonradan İştirakçı www.cesursaclar.az internet saytına (“İnternet saytı”) daxil olaraq bağlamanın içərisində yerləşdirilmiş biletdə olan sıra nömrəsini*** (“Kod”), özünün ad, soyad (A.S.), cinsiyyətini və mobil telefon nömrəsini (toplamda “Məlumatlar”) həmin İnternet saytına daxil edir.

****Sıra nömrəsi aşağıdakı şəkildə göstərilən ardıcıllıqda rəqəm kombinasiyalarından ibarətdir:

00000001

6.4. Məlumatlar daxil edildikdən sonra İştirakçı öz iştirakını təsdiq etməlidir.

6.5. İştirakçı öz iştirakını təsdiqlədikdən sonra ekranda lotereyaya uğurla qoşulması barədə məlumat gələcək. Məlumatda həmçinin çeki, bağlamanı və bileti (zədələnməmiş halda) saxlamalı olduğu da qeyd olunacaq. Həmin çek, bağlama və bilet qalib olacağı təqdirdə İştirakçı tərəfindən uduşu almaq üçün təqdim edilməlidir.

6.6. Kodun 3 dəfə yanlış daxil edilməsi halında iştirakçının düzgün kodu qeydiyyatdan keçirməsinə 1 günlük (24 saat) qadağa qoyulacaq.

6.7. Hər İştirakçı bir tirajda oynanılması üçün istədiyi qədər kodu qeydiyyatdan (“qeydiyyat sayı”) keçirə bilər. Hər düzgün göndərilən kod bir iştirak haqqı deməkdir.

6.8. Qeydiyyat üçün Təşkilatçıya gələn məlumatlar Excel fayl şəklində qeyd olunur. Cədvəl faylı qeydiyyatdan keçən İştirakçılar tərəfindən göndərilmiş kodlara əsasən formalaşdırılır. Daxil olan uğurlu məlumatlar xüsusi hazırlanmış kompüter proqram təminatının (random.org) məlumat bazasına yüklənilir. Proqrama uduşların adları və sayları daxil edilir. Proqram təsadüfi şəkildə iştirakçılar arasından müvafiq sayda qalib təyin edir. Qaliblərin uduşlu fərdi kodu ekranda görünür.

6.9. Oyunların bütün məlumatları Tiraj komissiyasının üzvləri tərəfindən imzalanan cədvəldə (protokolda) əksini tapır və Lotereyanın keçirilməsindən sonra uduşlu nəzarət-kassa aparıtının çekləri və qablaşdırmaları ilə birlikdə 3 (üç) ildən az olmamaq şərti ilə Lotereyanın Təşkilatçısında saxlanılır.

6.10. İştirakçının Qalib olması və Lotereyanın şərtlərinə riayət etməklə Uduşu alması haqqında məlumat Təşkilatçının nümayəndəsi tərəfindən qeydiyyata alınmış mobil telefon nömrəsinə ilkin olaraq sms göndərərək, ardınca isə zəng etməklə verilir.

6.11. Lotereyanın keçirilməsi dövründə İştirakçının qeydiyyat sayı qədər qalib olmaq imkanı vardır.

7.Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi

7.1. Lotereya 2 tirajlıdır.

7.2. Hər 2 tiraj fondu ayrılıqda 2 çəkiliş zamanı oynanılacaq.

7.3. Tirajların keçirilmə müddət və vaxtları aşağıdakı kimi olacaq:

Tiraj № 1

Tirajın uduş fondunun oynanılması tarixi:

1 iyun 2019

Başlama tarixi****

01.05.19/00:00

Bitmə tarixi*****

31.05.19/23:59

Müddət

31 gün

Yer / vebsayt / canlı yayım******

1) Cesursaclar.az vebsayti

2) “Sağlam Saçlar” Facebook səhifəsi

3) “Mükəmməl Başlanğıc” Facebook səhifəsi

Tiraj № 2

Tirajın uduş fondunun oynanılması tarixi:

1 avqust 2019

Başlama tarixi****

01.06.19/00:00

Bitmə tarixi*****

31.07.19/23:59

Müddət

61 gün

Yer / vebsayt / canlı yayım******

1) Cesursaclar.az vebsayti

2) “Sağlam Saçlar” Facebook səhifəsi

3) “Mükəmməl Başlanğıc” Facebook səhifəsi

****Başlama tarixi –məlumatların daxil edilməsinin başlama tarixi;

*****Bitmə tarixi - məlumatların daxil edilməsinin bitmə tarixi;

****** Çəkiliş olan tarixdə tirajın oynanılacağı Cesursaclar.az vebsaytı, “Sağlam Saçlar” və “Mükəmməl Başlanğıc” facebook səhifələri və tirajın dəqiq vaxtı barədə məlumat çəkiliş tarixindən ən azı 2 (iki) gün qabaq bu şərtlərin 3-cü bəndində qeyd olunan internet səhifələrində yerləşdiriləcək.

7.4. Oyunun keçirilməsindən sonra Təşkilatçı Məlumatların Lotereyanın şərtlərinə uyğunluğunun dəqiqləşdirilməsi üçün qaliblər ilə qeydiyyata alınmış mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlayır.

8.Lotereyanın şərtləri və hər tirajın keçirilməsinin nəticələri, uduşların verilməsi müddəti və qaydası haqqında Lotereya iştirakçılarının məlumatlandırılması qaydası və üsulu

8.1. Lotereyanın İştirakçılarının Lotereyanın şərtləri, nəticələri və uduşların alınması üsulu, eləcə də, Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması halları haqqında məlumatlandırılması bu İnternet sayt və mobil telefon nömrələri vasitəsilə baş verir.

8.2. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması həmin tiraj üzrə uduşlu məlumat daşıyıcıları (uduşlu fərdi kodlu malın qablaşdırılmasını və nəzarət-kassa aparatının çekini) (bundan sonra toplamda “uduşlu məlumat daşıyıcıları”) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilərin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitəsilə və İnternet saytında elan edilməsi yolu ilə həyata keçirilir.

8.3. Oyunun hər bir mərhələsinə əsasən, oyunların keçirilməsilə bağlı yekun nəticələrin (Qaliblərin və uduşların siyahısını) Qaliblərin təyin olunması anından etibarən aşağıdakı internet səhifə və müvafiq Facebook səhifəsində yerləşdirilir:

  • - www.cesursaclar.az (3 iş günü ərzində);
  • - “Sağlam Saçlar” facebook səhifəsi (https://www.facebook.com/saglamsaclar/)
  • - “Mükəmməl Başlanğıc” facebook səhifəsi (https://www.facebook.com/mukemmelbaslangic/)

8.4. Qaliblər bu Şərtlərin 6.10 -cu və 10.1-ci bəndlərində qeyd olunan şəkildə məlumatlandırılırlar.

8.5. İştirakçıların lotereyanın keçirilməsi ilə bağlı yaranan hər hansı sualların cavablandırılması aşağıdakı qaynar xətt vasitəsilə həyata keçirilir: 088-440-00--00

9. Uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) lotereya təşkilatçısı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat

9.1. Təşkilatçı oyunun (tirajın) keçirilməsi günündən sonra 3 (üç) iş günü ərzində qeydiyyat zamanı qeyd olunan mobil telefon nömrəsi vasitəsilə bu Şərtlərin 6.10.-cu bəndində qeyd olunan qaydada Qalib ilə əlaqə saxlayır və uduş və onun alınması qaydası haqqında məlumat verir.

9.2. Qalib olan şəxs malın nəzarət-kassa aparatının çekini, bağlamanı və bağlamanın içərisində olan bileti (Şərtlərin 6.5-ci bəndinə əsasən) və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. “Uels-Azərbaycan Futbol oyunu uduş paketi”-nin qalibləri əlavə olaraq etibarlılıq müddətinin bitməsinə ən az 4 ay qalmış ümumvətəndaş passportunu da təqdim etməlidirlər.

9.3. Lotereya təşkilatçısı uduşlu unikal sıra nömrəli malın qablaşdırılmasını və nəzarət-kassa aparatının çekini (bundan sonra toplamda “uduşlu məlumat daşıyıcıları”) lotereyanın Şərtlərin 10.4-cü bəndində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul edir.

9.4. Tirajlı lotereyada uduşlu məlumat daşıyıcılarının Təşkilatçısı tərəfindən qəbulu və Qalib gələn iştirakçıya uduşun verilməsi həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günü ərzində həyata keçirilir.

9.5. Uduş Lotereya Təşkilatçısı tərəfindən uduşlu məlumat daşıyıcıları qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir.

9.6. Lotereyanın Şərtləri ilə Lotereyada oynanılan uduşların dəyərinin pul ekvivalentinin ödənilməsi nəzərdə tutulmur.

9.7. Uduşun alınması anında Qalib, hər tərəfdə 1 nüsxə qalmaq şərtilə, uduşun təhvil-təslim Aktını 2 nüsxədə imzalayır.

9.8. Qaliblər uduşlarını bu Şərtlərinin 1-ci bəndində qeyd olunan Təşkilatçının faktiki ünvanda yerləşən ofisindən ala bilərlər.

9.9. Uduşu verilmiş uduşlu məlumat daşıyıcıları Lotereyanın Təşkilatçısı tərəfindən 3 (üç) ildən az olmayan müddətdə saxlanmalıdır.

10.Uduşların alınması müddətlərinin bitməsi ilə onların tələb olunması qaydası və ya tələb olunmayan uduşların saxlanması qaydası

10.1. Lotereyanın şərtləri ilə Qalib tərəfindən tələb olunmayan uduşların saxlanması qaydası və uduşların alınması müddətinin bitməsi ilə əlaqədar olaraq onların tələb olunması imkanı nəzərdə tutulmamışdır. Tələb olunmayan bütün uduşlar Təşkilatçıda qalır və o, onları şəxsi qərarına əsasən istifadə edir.

11.İştirakçının və Qalibin hüquqları
  • Lotereyanın şərtləri ilə tanış olmaq;
  • Hazırkı Şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, Şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq;
  • Lotereyanın İştirakçısı Lotereyanın şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın alınmasını Təşkilatçıdan tələb etmək;
  • Uduş fondunun oynanılmasında iştirak etmək;
  • Lotereyada uduş əldə etmiş İştirakçının (bundan sonra – "Qalib") 5-ci bənddə qeyd olunan müvafiq uduşun verilməsini tələb etmək;
  • Qalib şəxsin uduşun verilməsinin gecikdirilməsi zamanı məhkəməyə müraciət etmək;
  • Qalib şəxs öz qərarına əsasən, alınan uduşdan istifadə etmək, yəni, sonrakı istifadə üçün uduşu üçüncü şəxslərə ötürmək hüququna malikdir.
12.İştirakçının vəzifələri
  • Lotereyanın iştirakçıları Lotereyada iştirak etmək və Lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün hərəkətləri yerinə yetirmək;
13.Təşkilatçının vəzifələri
  • Lotereyanın Təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən uduşların təqdim olunmasını həyata keçirməyə və İştirakçılara qarşı münasibətdə qanunla və bu şərtlərlə müəyyənləşən digər zəruri hərəkətləri icra etməyə borcludur;
  • Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması zamanı Lotereyanın Təşkilatçısı kütləvi informasiya vasitələrində Lotereyanın keçirilməsinin dayandırılması haqqında məlumatı yaymaqla kütləvi xəbərdarlıq etməyə borcludur;
  • Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması lotereyanın Təşkilatçısını uduşların təqdim olunması və digər zəruri hərəkətlərin həyata keçirilməsi zərurətindən azad etmir;
  • Lotereyanın Təşkilatçısı hazırkı Şərtlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etmək hüququna malik deyildir.
  • Lotereyanın Şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar verilməlidir;
  • Təşkilatçının Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən və ya hazırkı Şərtlərdə qeyd olunan hallardan savayı, lotereyanın İştirakçıların şəxsi məlumatları istifadə etməmək və onlarla digər əlaqələrə və ya yazılı danışıqlara girməmək;
  • Lotereyanın təşkili və keçirilməsi ilə bağlı aşağıdakı hesabatları və aktı maliyyə bazarlarına nəzarət orqanına təqdim etmək: tirajlı lotereyada hər tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq-tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında hesabatı və uduş fondunun oynanılmasının nəticələri haqqında lotereyalar haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilmiş tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsini.
14.Təşkilatçının hüquqları
  • Uduşun alınması üçün zəruri olan Lotereya şərtlərini yerinə yetirməyən Qalibə uduşun verilməsindən imtina olunması;
  • Qalib təyin olunmuş zaman limitində uduşu tələb etmədiyi halda, uduşdan öz qərarına əsasən istifadə olunması.
  • Lotereyanın Təşkilatçısı Qalibin yazılı razılığı ilə onun adından, soyadından, fotoşəklindən, apardığı müsahibədən və onun haqqında digər materiallardan reklam məqsədilə istifadə etmək hüququna malikdir. Bu zaman Qalibə hər hansı bir əlavə ödəniş etmədən uduş zamanı onun adından kütləvi informasiya vasitələrində yayımlamaq hüququ da nəzərdə tutulur.
15.Əlavə şərtlər
  • Lotereyada Azərbaycan Respublikası ərazisində yaşayan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər könüllü şəkildə iştirak edə bilər. Təşkilatçının əməkdaşları və onlarla əlaqəli tərəflər (əlaqəli tərəflərin əməkdaşları), Lotereyanın hazırlanmasında və həyata keçirilməsində iştirak edən təşkilatların əməkdaşları, eləcə də, bütün sadalanan şəxslərin ailələrinin üzvləri Lotereyada iştiraka buraxılmır.
  • Lotereyada iştirak etmək İştirakçıların avtomatik şəkildə hazırkı Şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur.
  • Lotereyada qalib olan iştirakçılar yazılı razılıq verdiyi halda onların şəxsi məlumatları Təşkilatçı tərəfindən istifadə oluna, eləcə də, Lotereyanın bilavasitə realizəsini həyata keçirən və Təşkilatçı ilə müvafiq Müqavilə imzalayan üçüncü şəxslərə ötürülə bilər. Razılıq qeyri-müəyyən müddətə verilir və Lotereya müddəti bitdikdən sonra təklif olunan geri götürülmə tarixindən ən azı 1 (bir) ay qabaq P&G-yə yazılı bildirişlə geri götürülə bilər.
  • İştirakçı şəxsi məlumatlarının operatoru kimi çıxış edən Təşkilatçı haqqında məlumatların alınması hüququna malikdir.
  • İştirakçı tərəfindən natamam, köhnə, qeyri-dəqiq məlumatların təqdim olunması nəticəsində Təşkilatçının öhdəliklərinin yerinə yetirilməməsi zamanı Təşkilatçı heç bir məsuliyyət daşımır.
  • Əgər qalibin xaricə səfər etmək imkanı məhdudlaşdırılmışdırsa bu halda təşkilatçı heç bir məsuliyyət daşımır.

Təşkilatçı - «121» MMC-in Direktoru: İvansov Ruslan Talehoviç